VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə vətəndaşına ərə gedən İradə İbrahimova bu gün evliliyinin 9-cu ildönümünü qeyd edir.

BAKU.WS
-in məlumatına görə, müğənni bu münasibətlə İnstaqram vasitəsilə həyat yoldaşına ürək sözlərini göndərib:

“Evlilik ömürlük yolçuluqdur. Bu uzun yolda çox gözəl kəlmələrin aciz qaldığı anlar da yaşanır, heç ağlınıza gəlməyəcək problemlər də. Ən vacibi bir dəfə qanad açdınsa artıq havada qalmağı bacarmaqdır. Hislərlə məntiqi, sevgiylə dostluğu tərəzidə tuta bilənlər, bu yolçuluqda mənzilinə çata bilənlərdir. Hər ailədə olduğu kimi “fəsil dəyişikliyini” mən də yaşadım və yaşayıram.

Bu dəyişikliklər sayəsində bir - birimizi tanıyırıq, nələri sevib, nələri sevmədiyimizi öyrənirik. Benjamin Franklinin dediyi kimi “Evlənmədən öncə gözünüzü dörd açın! Evlənənden sonra yarısını bağlayın!” Önəmli olan problemsiz olmaq deyil, problemlərin öhdəsindən gələ biləcək yolları axtarmaq və tapmaqdır. Qaynanamın evliliyimizin daha ilk zamanlarında dediyi bir sözünu hər zaman xatırlayıram; “Önəmli olan gəminin okeanda hansı çətinliklərlə, fırtınalarla boğuşduğu deyil, limana sağ-salamat yanaşmasıdır”. Təbii ki, indi bu sözlərin mənasını başa düşürəm. Böyük sözü eşitməyin gözəllikləri.

Sevgili həyat yoldaşım, həyat bizə verilən ən gözəl hədiyyədir. Dəyərini bilirəm və hər gün şükr edirəm. Sənin kimi bir insanla bu yolçuluğa başladığım üçün minlərcə dəfə şükrlər olsun. Ömürlük dediyimiz bu yolda gözəl illərimiz, gözəl yollarımız olsun! Sözümü sənin mənə dediyin kimi sonlandırıram, evlilik səninlə gözəldir. Allah məni səndən sonraya saxlamasın!”

BAKU.WS