VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Röya Ayxan prodüser Tolikin (Tarix Əliyev) dünən yayılmış pərdəarxası görüntülərə fikir bildirib.

BAKU.WS
xəbər verir ki, əməkdar artist videoda adının hallanmasını, daha doğrusu Tolikin onu söyməsini normal qarşıladığını bildirib:

“Dünəndən telefonum dağılır. Bu video ilə bağlı hamiya buradan cavab verirəm. Pərdə arxasında hər şey ola bilər. Ən əzizinə belə hər şey deyə bilər. Bir sözlə, o videonu yayan nə qədər tərbiyədən, əxlaqdan uzaq adamdır, artıq aydındır. Unutmayın, insanlar var ki, siz onu ədəb-ərkanlı tanıyırısız, amma pərdə arxasında mən belə toya getməliyəm.”

Tolik Röyanın bu paylaşımına belə cavab verib: “Kef elə! Hər yerdə diqqətli ol. Hər zaman sənə dedim, amma qulaq asmadın. İndi çatdı yəqin, niyə deyirdim”.

Xatırladaq ki, sözügedən videoda Tolikin aparıcısı olduğu Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin kadr arxası görüntüləri göstərilib. Aparıcının uşaqların yanında necə tərbiyədən kənar ifadələr işlətdiyi açıq aydın görünür.

Zülfiyyə Qurbanova
BAKU.WS