SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünyaşöhrətli Playboy aktrisası Pamela Anderson Azərbaycana gələcək. Pamela Andersonun Bakıda yerləşən məşhur butikin açılışında iştirak edəcəyi gözlənilir. Məlumat hələlik sirr kimi saxlanılsa da BAKU.WS aktrisanın yaxın zamanda paytaxtımıza gələcəyini müəyyənləşdirib. Playboy aktrisasının Bakı səfəri üçün yüksək məbləğdə qonarar alacağı bildirilir. 


Qeyd edək ki, Pamela Anderson 1967-ci ildə Britaniya Kolumbiyasının Ledismit şəhərində doğulub. Onun atası fin əsillidir. Aktrisanın ulu nənəsi isə vaxtilə Rusiyadan Hollandiyaya, oradan isə Kanadaya köçüb. 


1985-ci ildə Pamela Anderson Kanadanın Vankuver şəhərində bədən tərbiyəsi müəlliməsi işləyib. Bir dəfə futbol matçı zamanı yerli telekanal Pamela Andersonu iri planda göstərib. Kanadanın pivə istehsalçısı şirkətlərindən birinin rəhbəri Pamelanı ekranda görərək ona reklamda çəkilməyi təklif edib. Elə həmin il də Pamela Anderson Plaboy jurnalı ilə əməkdaşlıq etməyə başlayıb. O, jurnal və Playboy TV üçün çılpaq görüntülər verib. 1992-ci ildən "Malibunun xilasediciləri” serialına çəkilən Pamela Anderson ABŞ-ın seks-simvollarrından birinə çevrilir. 

 

BAKU.WS