VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Hərdən düşünürəm ki, niyə incəsənətə gəldim? Öz ailəmi bu sənətə qurban verdim”.


BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Nahidə Orucova “Boş anlar” verilişində deyib.

N.Orucova aktrisa olmaq üçün ailəsini dağıtdığını bildirib:

“Sevib ailə qurmuşdum, cavan idim. 25 yaşımda ərə getdim, 29 yaşımda övladım doğuldu. Sənət məni daha çox cəlb etdi. Ya gərək özünü ailəyə verməlisən, ya da sənətə.

Fikirləşdim ki, övladım böyüyür, ailə alınmır. Özümü sənətsiz təsəvvür etmirdim. Ona görə də ayrıldım. Amma bəzən deyirdim, kaş ailəmin yanında qalardım. Boşananda hamı məni qınadı: həyat yoldaşım, ailəsi”.

Zülfiyyə Qurbanova
BAKU.WS