SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan estradasının ulduzu Röya Ayxan BAKU.WS-in canlı efirinin qonağı olub.

Həftə sonlarını hər yerə oğlu Hüseynlə gedən ifaçı, sualları canlı efirdə cavablandıraraq maraqlı məqamlara toxunub. "Səhər 6-7 arası yatıram, 1-4 arası dururam. Məni ayaq üstə saxlayan BAKU.WS-dir, yəni sizin oxuculardır. Hamiləliyin son aylarında konsert verən yeganə müğənniyəm, mayın 5-də verəcəyim konsertdə heç bir şou göstərməyəcəm", - deyə Röya Ayxan bildirib.

Röya söhbət əsnasında xalq artisti Flora Kərimova ilə münasibətlərinə də toxunub. O, bildirib ki, Flora xanımla heç bir problemi yoxdur: Onun qızının toyuna getdim, çiynimdəm-əlimdən öpdü, əlimi çəkdim. Dedim ki, Flora xanım, siz neyləyirsiz? Dedi ki, sən mənə şərəf verdin.
Onun mənimlə davası bilirsiz nədir? Rəhmətlik İlhamə Quliyeva məni çox istəməyə başlayandan Flora Kərimova mənə düşmən oldu.
Tolik deyirdi ki, səndən ayrılsam səndən yuxarıya çıxacam. Deyirdim ki, məndən yuxarı ancaq Zülfiyyə Xanbabayevadır. Çünki özünə hörmət qoyur. Məndən yuxarı heç kim yoxdur, Zulyayla da işləmirsən. Tolik nə qədər desə ki, səndən yaşca böyüyəm, mənimçün uşaqdır".

"Aygün Kazımova bir əfsanədir. Həmişə onun hörmətini saxlamışam və saxlayacam da. Aramızda anlaşılmazlıq da oldu, mənim səhv hərəkətim də oldu. Açıq söyləyəcəm, onun mənə qarşı böyük bir kompleksi var. Aygün Kazımova mənim kadr arxası eybəcər görüntülərimi paylaşması barışıq addımı deyildir. Mən “Kələbək” mükafatını alanda, bayrağımızı qaldıranda şəklimi paylaşsaydı gedib əlindən öpərdim", - deyə Röya bildirib.

Röya ilə səmimi söhbətin tam versiyasını Video-dan baxa bilərsiniz: 

Orxan Məmmədov
BAKU.WS