VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı ekstrasens Zirəddin Rzayevin şəxsi “İnstagram” səhifəsində xalq artisti İlhamə Quliyeva ilə çəkdirdiyi fotonu paylaşması müzakirələrə səbəb olub.

Fotoda Zirəddinin hamam xalatında olması izləyicilər tərəfindən qəzəblə qarşılanıb.

BAKU.WS xəbər verir ki, Yenicağ.az-a açıqlama verən mərhum sənətkarın oğlu Orxan Nadirov anasını müzakirə edən insanlara əsəbləşib:

“O foto Zirəddinin evində çəkilib, həmin vaxt anamla onlara qonaq getmişdik. Hamı bilir ki, anamla Zirəddin yaxın dost olub, anam onu balası qədər çox istəyib. O fotonu da Zirəddinin xanımı çəkib, burda nə var axı, bu qədər şişirdilir. Anam sənətkar olub, indi haqq dünyasındadır. Onu qəbirdə sakit buraxın. Anamın ailə dostu ilə çəkdirdiyi fotoya don geyindirib, müzakirə etmək ayıbdır. Qələt edib dünyasını dəyişən adamın fotosunu müzakirə edirlər”.

Səs-küyə və qalmaqala səbəb olan Zirəddinin instagram hesabında mərhum xalq artisti İlhamə Quliyeva ilə paylaşdığı fotonu sizə təqdim edirik: 

Rəşad Əliyev
BAKU.WS