VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir neçə gün öncə şairə və aparıcı Nazilə Səfərlinin sosial şəbəkədə paylaşdığı video səs-küy yaradıb. Beləki, Xəzər TV-də həftə içi yayımlanan "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Baxşəliyevaya müraciət edib:

"Xoşqədəm xanım, sizə böyük hörmətim var həmişə də olacaq və inanırdım ki, bu gün qardaşımın balalarını söz verdiyiniz kimi bizə gətirəcəkdiniz. Həmişə dəvət etmişəm gəlməyib, Pərvanə barı sizə görə gələrdi. Təəssüf edirəm yenə də gözümü yolda qoydunuz.

BAKU.WS xəbər verir ki, ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verlişində Nazilənin söylədiyi bu sözlərə Xoşqədəm Baxşəliyevadan cavab gəlib. Beləki, Xoşqədəm Nazilənin qardaşı arvadı Pərvanəni efirə dəvət edib. Verlişin aparıcısı üzünü Naziləyə tutaraq bunları şok açıqlamalar verib. 

O bildirib ki, Nazilənin qaynanası söyləyib ki, Pərvanə ilə uşaqlarını bizə gətirəndə kamerasız gəl. Mən necə kamerasız gəlim, axı mən tamaşaçılarıma söz vermişəm ki, bu məsələni işıqlandırım. Pərvanə ora davaya gəlmirdi. Pərvanəni gətirirdik ki bir, barışıq olsun. Ay Nina xanım siz necə icazə verdiz ki, Nazilə o süfrəni belə çəkdi? Sosial şəbəkədə görsətdi ki, ay Xoşqədəm xanım siz gəlmədiniz. Qaynana necə icazə verib bütün bunlara?"

Bundan başqa Xoşqədəmin Naziləni yenidən efirə çağırıb və baş verən olaylara işıq salmasını istəsə də, qarşı tərəf canlı efirə çıxmaqdan boyun qaçırıb. 

Verlişdə bir çox gizli qalan məqamlara aydınlıq gətirən "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Baxşəliyeva üzünü Nazilə Səfərliyə tutaraq yenidən Pərvanəyə və onun uşaqlarına köməklik göstərməyi xahiş edib. 

"Səni axtarıram" verlişində yer alan həmin kadrları sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS