VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir-birinə illərdir rəqib olan, barışıb daha sonra yenidən küsən, xalq artisti pop diva Aygün Kazımova və milyonların sevimlisi əməkdar
artisti Röya Ayxan arasında qalmaqal daha da alovlanıb. 

BAKU.WS
xəbər verir ki, Kazımova 2002-ci ildə Heydər Əliyev Sarayında baş tutan "Gələrsiz-görərsiz" adlı konsertdən görüntü paylaşıb və küsülü olduğu müğənniləri işarələyib. Videoda Röya, Kamran Həsənli, Tünzalə Ağayeva, Natavan Həbibi və Elnarə Xəlilova yer alıb.

Əməkdar artist bununla bağlı məlumatları İnstaqram səhifəsində paylaşaraq "Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr" sözlərini yazması qarşı tərəfi dilə gətirib. 

Beləki xalq artisti şəxsi instaqram hesabında konsertlərin birində öz videosunu paylaşaraq "Sus!" sözünü yazıb.

Hər kəs pop divanın bu ismarıcı Röyaya ünvanladığını bildirib.

Rəşad Əliyev
BAKU.WS