VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün xalq artisti pop diva Aygün Kazımovanın müəllimi Vagif Gerayzadəni ad günü münasibəti ilə instagram hesabında təbriki söz-söhbətsiz ötüşmədi. Kazımovanın küsülü olan həmkarları əməkdar artistlər Röya Ayxan və Tünzalə Ağayevanın həmin paylaşıma adlarını yazması hər kəs tərəfindən bir barışıq jesti kimi qəbul olundu. 


BAKU.WS xəbər verir ki, milyonların sevimlisi Röya isə Aygünün bu addımını qeyri-səmimi adlandırıb, yerdən yerə vurdu. Əməkdar artist axşam saatlarında bir sıra saytların manşetinə çevrilmiş bu xəbəri kollaj edərək foto şəklində şəxsi instagram hesabında paylaşdı. Röya izləyicilərlə bölüşdüyü fotoya belə bir şərh yazıb :

"Ətim töküldü də. Adə bəstirdə, xoda düşər xatirələr"

Beləcə Röya Aygün barışıq jestinə özünəməxsus şəkildə cavab verib. Görünür bu xəmir hələ çox su aparacaq, hələ çox maskalar cırılacaq və iki məşhurun arasında qalmaqal daha da şiddətlənəcək.

Rəşad Əliyev
BAKU.WS