SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-də yayımlanan "Xəzər maqazin" verlişi bu dəfə toylardan vurub, ad günlərindən çıxan, cibləri manat bir yana dollarlarla oynayan şou əhlini bir araya gətirib onların pul qablarını açıb içində bərk-bərk qoruyub saxladıqlarını gün üzünə çıxartdı. 


BAKU.WS
xəbər verir ki, məşhurlar gah nala gah mıxa vurub, çantalarında hər kəsdən gizlətdiklərini aşkara çıxartmaqdan boyun qaçırsalarda, bu dəfə onların istəyi baş tutmadı. 

Şou biznesin əjdahası Nadir Qafarzadə sən demə pullarını üstündə yox, bankda saxlayır. Getdiyi tədbirlərin, ad günlərinin və toyların sayını hesabını itirən tanınmış müğənni əməkdar artist Vasif Məhərəmli isə cibində pulunun olmadığını təəcüblə dilə gətirdi. O hətta muxbiri inandırmaq üçün ciblərini belə bir-bir göstərib içlərini boş olduğunu nümayış etdirdi. 

Vasifdən fərqli olaraq müğənni Emil Bədəlov varını-yoxunu elə cibində gəzdirir. Onun cibindən isə 100 manat çıxdı, oda ki xırda manatlarla. 

Bədəlovun dostu-sirdaşı Hacı Nazim isə əmanətlərini bank kartlarında gəzdirməyi daha üstün tutur. 

Adını şou biznesin "Kral"ı qoyan xalq artisti Səməd Səmədovun krallara laiq dəbdəbəli kostyumunun cibindən nə az nə çox düz 78 manat pul çıxdı. 

Kişilər arasında cibindı sıçanlar yox dollarla oynayan isə müğənni Rəvan Qarayev oldu. Rəvanın cibindən manatdan çox dollar çıxdı. Özüdə 400 dollardan daha çox. 

O ki qaldı bizim xanım şou əhlinin cibinə, burada cib bir yana böyük çantalar gözə göründü. Kimsə gəzdirdiyi çantanın içərisində olanları elnən bir elədi, kimisi isə çantasının ağzını bərk-bərk bağlayıb, mövzunu başqa yerə yönəltdi. Orataya isə hər kəsi təəcübləndirəcək görüntülər çıxdı. 

Hansı məşhurun cibində, pul kisəsində və gəzdirdiyi rəngbərəng çantasında nələrin çıxdığını isə sizə təqdim edəcəyimiz süjetdən biləcəksiz.

Rəşad Əliyev
BAKU.WS