SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötə
n həftə model Gigi Hadidlə yolları ayıran müğənni Zayn Malik hər kəsi təəcübləndirəcək addım atıb. Beləki Zayn, eks sevgilisindən uzaq olmaq üçün Nyu-Yorkdakı evini satışa çıxarıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Zayn Gigi ilə aralarında 50 metr məsafə olan evinin qiyməti isə 11 milyon dollardır. 19-cu əsrdə tikilmiş mənzil qədim dizaynı ilə diqqət çəkir. 2 il əvvəl evin qiyməti 13 milyon dollar olub.

Nəzərinizə çatdıraq ki, Gigi və Zeyn 2015-ci ilin noyabrından görüşməyə başlayıblar. Model 2016-cı ildə isə müğənninin “Pillowtalk” klipində rol alıb.

Rəşad Əliyev
BAKU.WS