SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxan müğənni Nadir Qafarzadə haqda açıqlama verib.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, müğənni "5/5" verilişində sənətçilərin şou-biznes nümayəndələri haqda dediyi sözləri qınayıb:

"Müğənnilər yeni çıxanlar haqqımda ucuz danışmasınlar. Nadiri çox istəyirəm, amma hərdən danışanda xətrimə dəyir. Nadir, sən, doğru olanı müzakirə etmirsən. Axı sənin dediyin pərdəarxasında olanlar elə-belə adamlardır. Biri çıxdı dedi ki, sponsor yoxdu, hamısı sevgilidir. Bu sözlər xalqı döndərir, biabırçılıqdır. Belə etməsinlər. Ondan sonra özümə sponsor götürmürəm".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova açıqlamalarının birində sənətçilərin sponsorlarının sevgililəri olduğunu demişdi. Bir çox müğənnilər bununla bağlı açıqlama verərək, onu qınamışdılar.

BAKU.WS