SİZİN REKLAM BURADA!
055 213 76 73




Hər şənbə və bazar günləri ATV kanalında yayımlanan "Zaurla Günaydın" verlişinin bu dəfə ki qonağı məşhur müğənni, xalq artisti Flora Kərimova olub.

BAKU.WS
xəbər verir ki, verilişin aparıcısı Zaur Flora Kərimova ilə stol arxasında əyləşərək maraqlı söhbət edib. Zaurun xalq artistinə verdiyi sual isə Kərimovanı dilə gətirib. Belə ki, aparıcının "Heç vaxtı qızıl, zinət aksesuarları taxmırsız. Camaat da elə bilir ki, sizin heç nəyiniz yoxdur" sözlərinə qarşı tərəf belə cavab verib.

"Yox, İlhamə Quliyeva bir zamanlar məni baqaja qoyub söyləmişdi ki, onun çoxlu qızılları var, amma taxmır. Birinci dəfə deyirəm Allah ona rəhmət eləsin! Artıq rəhmət eləsin! Allahın ona yazığı gəlsin. Sonrada birdən ayıldı ki, bəs niyə mən buna həqiqəti dedim? Düzəliş edib söylədi ki, Flora geyinsə belə ona yaraşmaz"

Zaur isə Kərimovaya yenidən sual verib. "Amma varda qızıllarınız, bir banka olar?" Xalq artistinin cavabı isə "Yoxdur oğul" olub.

Zaurla Flora Kərimovanın maraq doğurdan söhbətini sizə təqdim edirik:

Rəşad Əliyev 
BAKU.WS