SİZİN REKLAM BURADA!
055 213 76 73



TV-8 kanalında yayımlanan "Yetenek sizsiniz" müsabiqəsinə qatılan azərbaycanlı iştirakçılar performansları ilə münsifləri və tamaşaçıları heyrətləndirib.

BAKU.WS xəbər verir ki, Azərbaycandan verilişə qatılan Həzrət Məmmədrzayev və İbrahim Məmmədov kubla şousu ilə hər kəsi təəcübləndirib. Lakin onlar digər kubla şoulardan fərqli olaraq illüziya da göstəriblər.

Səhnədə Bakıda çəkilən kadrlar da yayımlanıb.

Belə ki, Hülya Avşarın səhnədə pozduğu kubun necə olacağını şounun azərbaycanlı iştirakçısı İbrahim Məmmədov 1 həftə əvvəl bilib və videoya çəkərək səhnədə nümayiş etdirib.

Onların səhnədə göstərdikləri performansı münsiflər və tamaşaçılar alqışlarla qarşılayıb.

Həzrət ilə İbrahimin "Yetenek sizsiniz" proqramında uğurlu çıxışını sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS