SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya şou biznesində "Ən yaraşıqlı subay" sayılan, məşhur müğənni Aleksey Vorobyov şok addımı ilə hər kəsi mat-mətəl qoyub.

BAKU.WS xəbər verir ki, 30 yaşlı ulduz son çəkildiyi serial ilə xanım pərəstişkarlarını peşman edib.

Belə ki, pop ulduz Amerikada “Unreal TV“ adlı serialda rol alıb. Vorobyovun ekran işində aktyor Jeffrey Bowyer-Chapmanla dodaq-dodağa öpüşməsi birmənalı qarşılanmayıb və Alekseyi sosial şəbəkə izləyiciləri yıxıb sürüyüblər.

Məşhur isə şəxsi instaqram hesabında həmin görüntüləri paylaşaraq tənqidlərə sərt şəkildə reaksiya verib:

“Bu, sadəcə olaraq “Unreal TV” serialının üçüncü bölümüdür. Bundan sonra daha sərt olacaq. Amma heç vaxt aktyoru oynayan qəhrəmanla səhv salmayın. Bəli, möhtəşəm Amerika layihəsində dünya balet ulduzu, alkoqolik, narkoman, biseksual birinin əsl dramını oynamağa gücüm çatdı. Məndən əvvəl Hit Ledcer, Cim Keri, Kolin Fert, Leonardo Di Kaprio və başqaları məndən əvvəl bu mövzuda çəkilən heteroseksual aktyorlardır”. 

Aleksey Vorobyovun ajiotaja səbəb olan həmcinsi ilə öpüşmə kadrlarını sizə təqdim edirik:

Rəşad Əliyev 
BAKU.WS