VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur model Gigi Hadid və sevgilisi məşhur müğənni Zeyn Malik ayrılıb.

BAKU.WS xəbər verir ki, bu barədə cütlük özləri sosial şəbəkədə yazıblar.

“Gigi ilə mənim inanılmaz şən münasibətlərimiz vardı. Ona bir qadın və dost kimi hörmət edir və sevirəm”,- deyə Zeyn Twitter hesabında yazıb.

Sən demə Zeyn ilə Giginin ayrılığına səbəb ağır iş qrafiki olub. Onlar bunu əsas səbəb gətirərək münasibətlərinə son qoyublar. 

Gigi və Zeyn 2015-ci ilin noyabrından görüşməyə başlayıblar. Model 2016-cı ildə isə müğənninin “Pillowtalk” klipində rol alıb.

Rəşad Əliyev
BAKU.WS