VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uzun müddətdir Türkiyədə yaşayıb yaradan müğənni Günel Zeynalova həmkarı 
Orhan Ölmez ilə eşq yaşayır.

BAKU.WS xəbər verir ki, bu barədə Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” gündəlik maqazin proqramında söhbət açılıb.

Proqramın aparıcılarından Bircan İpek cütlüyün bir müddətdir ki, sevgili olduqları haqda məlumat verib. 

Zeynalova şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Belə ki, o, hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb. Günel üçüncü sevgilisi Cem Ozan Torunlardan isə ötən ilin noyabr ayında ayrılaraq sevgi münasibətlərinə son qoyub.

Rəşad Əliyev
BAKU.WS