VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hollivudun seks simvolu, illərə meydan oxuyan, top modellərə göz dağı verən dünya şöhrətli aktrisa 
Şeron Stoun şəxsi həyatı ilə gündəmin episenterinə düşüb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı aktrisa Mayami çimərliyində italyalı sevgilsi ilə paparazzilərin kameralarına tuş gəlib.

41 yaşlı Ancello Boffa daşınmaz əmlak ticarəti ilə məşğuldur. Ancello, Sürixdə yaşayır. Cütlük, ötən il dekabrda Sankt-Moriçedə tanış olublar.

İtaliyanın “W” saytının məlumatına əsasən, cütlük sevgililər gününü Nyu-Yorkda oteldə birlikdə keçirib.

Şeronun barmağındakı üzük onların gizlicə nişanlandığı barədə xəbərlərin daha da artmasına səbəb olub. 

Rəşad Əliyev
BAKU.WS