055 213 76 73
BAKU.WS-in məlumatına görə, bəzi həmkarları kimi gündə bir mahnının belini qırıb gün üzünə çıxarmağı sevməyən müğənni, keyfiyyətli mahnı üçün uzun müddət çalışdığını söyləyib:
“Dram ifa etməyi sevirəm, ancaq öz həyatımdan hansısa dramatik məqamlar göstərim və tamaşaçını bununla cəlb edim, bunu semirəm. Pozitiv ötürməyi sevirəm. İnsanlar dramatik mövzulara meyllidirlər. Bu üsulla daha tez gündəmə gəlirsən. Biraz onunla dava, bir az bununla dava etməyi mən özümə uyğun görmürəm. Ən böyük problem budur”.
“Qətiyyən kənar fikirlərə önəm vermirəm. Çünki bu, mənim geyim tərzimdir. Mən bu tərzi sevirəm. İndikindən daha kilolu olanda şort geyinmirdim. Arıqlayandan sonra şort istifadə etməyə başladım. Hərçənd ki, uşaqlıqda da çox istifadə edirdim. Mənə rahatdır, mənim xoşum gəlir. Bu, mənim üçün gündəm mövzusu deyil. Burdan qapalı geyinim, qapıdan çıxandan sonra başqa-başqa işlərlə məşğul olum, bu, mənə görə deyil”.
“Mən baxanda ki, bir adam mənə tərbiyədən yazır və sən həmin adamın səhifəsinə girib geyimlərinə baxanda hər şey məlum olur. Geyimlər bir yana qalsın, onun yazdıqlarından bilirsən ki, tərbiyəsi necə ola bilər, o, hansı zehnə malik ola bilər. Buna evdə nə öyrədiblər.
“Əgər ürəyimi bir insana verirəmsə, niyə onun dediyi söz məni narahat etməlidir? Ortac məxrəcə gələ bilərik də. Mən bu boyda ürəyi ona verirəmsə, deməli, onun hansısa sözü ilə razılaşmalıyam. Ancaq mən bilməliyəm ki, həmin insan da mənə qarşı eyni münasibətdədir”.
“Biz Aygün Kazımovanın doğum günündə barışdıq. O da necə oldu? Əslində mən Rəhimdən incimişdim. O isə bunun fərqində olmamışdı. Gəldi, doğum günündə məni öpdü, qucaqladı və dedi ki, bəyəm biz, küsmüşük? Onun elə bir xasiyyəti var ki, üzünə baxanda hər şeyi unuduram. “Biz bəyəm küsmüşük, mən bilmirdim ki, sən məndən küsmüsən”, - dedi. Küsülülüyümüz bir həftə çəkmədi. Elə ordaca barışdıq. Bizim çox gözəl münasibətimiz var”.