VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uzun müddətdir aralarında soyuq küləklər əsib, qan-qan deyən Niyam Səlami ilə Kərim Abbasov münasibətlərini 180 dərəcə dəyişib bir-birinə can-can söylədilər.

BAKU.WS xəbər verir ki, ATV maqazin 10larla verlişinin "HİT parad" rubrikasının bu dəfəki ulduz qonağı, Bodruma köçüb orada həmkarı Samir Piriyevlə təmtəraqlı restoran açan müğənni Niyam Səlami olub.

Niyam sənət yoldaşlarını rəqəmlərə ayırıb, kateqoriyalara bölüb, pillələrdə sıraladı. Sənətçi atmacalarından belə qalmadı. Salaminin etdiyi açıqlamalar gündəmi alt-üst edib. 

Bermud üçbucağı Kərim, Rəhim və Niyam "HİT parad" rubrikasında kəllə-kəlləyə gəldilər. Niyam Kərimin şəkilini alar-almaz əlinə onu 4-cü pilləyə yüksəldib. Rəhimin ünvanına isə saysız-hesabsız atmacalar atıb. 

"Düzdür aramızda, çox problemlər yaşanır, yaşanıb. Mənim belə xəbərim olmadan yaşanıb. O buzlar əridi. Ona görə də səni dördüncü yerə layiq görürəm. 

Birinci pilləyə isə Niyam qurduğu yeni biznesdə öz ortağını həm də sənət yoldaşı Samir Piriyevi layiq gördü. 

Daha sonra Səlami Rəhimi parodiya edib, onun kimi danışmağa başladı. İpə sapa yatmayıb, dilə-dişə düşən Niyam Ramal İstafilovu "HİT parad"dan saman altından su yeridə-yeridə uzaqlaşdırdı. O hətta Ramalın şəklini əlində fır-fır fırladıb atdı bir kənara. Hələ üstəlik onun üçün mahnı da oxudu:

Sana haram əllər dəymiş, qururunu ellər əymiş... Sənə haram əllər dəymiş deyə sənətçi Ramalı yıxıb sürüdü: " Ramal sən ortada yeyib, küncdə gəzirsən. Sənəti göz qabağında olan müğənnidir. Aramızda Himalay dağı qədər məsafə olduğu üçün, münasibətim yoxdur səninlə. Normal münasibətdə mənimlə olan ifaçı deyilsən. Mən səni bu sıralamadan çıxardıram. Nəsə bu "R" hərfi mənə yaman toxunur. "R" hərfi ilə adları başlayan müğənnilərlə aram düz gəlmir. Ramalın öz cəbhəsi var və orada o təkdir" 

Beləcə Niyam düşmanları sırasına Rəhim Rəhimli ilə yanaşı Ramal İstafilovu da əlavə etmiş oldu.

Niyamın iddiaları yerə göyə sığmayan etiraflarını və odlu alovlu açıqlamalarını sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS