SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda reperlər arasında yeni yarış başlayıb.

BAKU.WS-in məlumatına görə, "Kəllə-Kəlləyə" layihəsində reperlər deyişirlər.

Söz savaşında reperlər bir-birilərini tənqid, hətta təhqir də edə bilərlər. Yarışmanın ilk deyişməsi reper Tibu və Ziq-Zaq arasında baş verib.

Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov, şair Əli Xəyyam və aparıcı, prodüsser Tural Əsədov yarışmanın qonağı olub.

Yeni layihə xüsusilə gənclərin çox marağına səbəb olub. Qısa zamanda Youtube video portalında yerləşdirilən videoya minlərlə baxış gəlib. 

Tibu və Ziq Zaq arasında deyişmənin tam versiyasını təqdim edirik:

İman
BAKU.WS