VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Təhqir və nəlayiq ifadələrlə biri-birilərini yıxıb sürüyən Kərim Abbasovla Rəhim Rəhimli Novruz çəkilişində üz-üzə gəldilər. 

BAKU.WS xəbər verir ki, "ATV Maqazin 10lar"la verlişində Rəhim və Kərim üz-üzü gəlsələr də salamlaşmayıblar. Beləki, Kərim əyin-başını düzəldən zaman çəkiliş pavelyonuna Rəhimlə xalq artisti Aygün Kazımova qol-qola girib.

Bu zaman isə Abbasov Kazımova ilə xoş-beş edib, salamlaşsa da, Rəhimliyə saymamazdıq edib. Ona Allahın salamını belə qıymayıb. Məclisdə yaşananlar isə kameraların obyektivindən yayınmayıb.

Hələ Kərim Səidə ilə duet ifa etməzdən öncə Rəhimin mahnısı səslənib. Səidə qol qaldırıb rəqs etsə də Kərimin bir tükü belə tərpənməyib. 

Sözügedən kadrları sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS