SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın ən məşhur blogerlərindən biri, əslən azərbaycanlı olan Hüseyn Həsənov 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə anasına qeyri-adi sürpriz edib.


BAKU.WS-in məlumatına görə, Həsənov, hədiyyə etdiyi son model "Mercedes" markalı maşını güllərlə bəzəyib, üzərində isə ləçəklərlə "ana" sözünü yazıb.

Anasını gözləri bağlı şəkildə binadan çıxaran Hüseyn ona qızılgüllərdən ibarət böyük çələng verib və təbrik edib. Bu zaman isə həm ana həm də oğul göz yaşlarını saxlaya bilməyib. 

Bloger anası ilə birgə lentə aldığı bu görüntünü "İnstagram" hesabında izləyiciləri ilə paylaşıb. Qısa zaman çərçivəsində Hüseynin bu videosuna 5 milyondan artıq insan izləyib. 

Xatırladaq ki, bir neçə gün öncə Rusiyada yaşayan Hüseyn Həsənov rus polisi tərəfindən saxlanılıb. Buna səbəb isə Həsənov "İnstagram"da zarafat məqsədilə bank soyacağını yazması olub.

Hüseyn ilə anasının birgə olan görüntülərini sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS