SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Rusiyada təmtərahlı şəkildə hər kəsin 4 gözlə gözlədiyi “Jara” musiqi mükafatları gecəsi baş tutub. 


BAKU.WS xəbər verir ki, “Crocus City Hall”da reallaşan gecədə Rusiyanın bir çox parlaq və tanınmış ulduzları iştirak edib. 

Tədbirə Emin Ağalarov, Ani Lorak, Svetlana Loboda, Vera Brejneva, Valeriy Meladze, Qriqori Leps və başqa məşhurlar qatılıb. Prodüseri Emin Ağalarovun olduğu “Jara” musiqi festivalında iştirak edən və şou-biznesdə fərqlənən rusiyanın tanınmış simalarına mükafat verilib.

Gecədə ən yaxşı klip Valeriy Meladzenin “Свобода или сладкий плен” mahnısına çəkilən ekran işi, ən yaxşı duet Emin Ağalarov və A-Studio (Eсли ты рядом), ən yaxşı xanım müğənni Ani Lorak, ən yaxşı kişi müğənni Dima Bilan, ən yaxşı qrup “Leninqrad”, ilin artisti Qriqoriy Leps, ən yaxşı mahnı Svetlana Loboda (Случайная) qalib elan edilib. 

Gecədə lentə alınan görüntüləri sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS