VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəzər TV-nin 5-də 5 verilişinin qonağı əməkdar artist Yusif Mustafayev olub. 

BAKU.WS-in məlumatına görə, efirdə Zaur Kamalla söhbətləşən müğənni maraqlı açıqlama verib. 

O bildirib ki, həyatda Allaha bir can borcu var: 

"Toy şənliklərində çox davanın şahidi olmuşam. Bu yaxınlarda məclislərdən birində insanlar bir-birinə balta ilə hücum edirdilər. Özümü atdım baltanın qabağına. Məni görən kimi baltanı saldı aşağı. Bu hadisə rayonda ucqar bir yerdə baş verib. Çox belə hadisələr görmüşəm".

Əməkdar artist həyatda 3 şeydən qorxduğunu söyləyib. Onun sözlərinə görə, ilan, təyyarə və studiyadan çox qorxur.

Nazim
BAKU.WS