SİZİN REKLAM BURADA!
055 213 76 73



Şou biznesin hegemon sənətkarı, xalq artisti İlhamə Quliyevanın ildönümündən artıq 2 il keçir.

Şou əhlini öz çıxışları və müsahibələri ilə canına vəlvələ salan, bir kəlməsi ilə gündəmi yerindən çalxayan İlhamə Quliyeva cismən aramızda olmasa da ruhən gəlblərdə silinməz iz buraxıb. 

BAKU.WS xəbər verir ki, mərhumənin məzarını ziyarət etmək üçün Quliyevanın bacıları "Xəzər maqazin"in çəkiliş qrupu ilə bərabər yol aldılar ikinci fəxri xiyabana.

Ətfrafa boylanan hər iki bacı nədənsə ziyarət zamanı özlərindən səvayı, heç kəsi məzar önündə görmədilər. Nə sənət adamları var idi, nə də ki onun arxasınca göz yaşlarını damla-damla axıdan yegənə oğlu Orxan. sağlığında primodonnadan çəkinib, əlini, ətəyini öpüb, onu təriflərə və bahalı zinət əşyalarına qərq edən şou sakinləri məzarını ziyarət etməkdən boyun qaçırtdılar.

Primadonnanın bacısı söyləyir: "İlhaməsiz şou biznes maraqsız olub. İlhamə vəfat edəndən sonra bir çox müğənnilər onun mahnılarını ifa etməyə başladılar. Müğənnilər bacımın ifasında olan mahnıları onun kimi heç vaxt oxuya bilməzlər."

İlhamə Quliyevanın bacılarının etiraflarla dolu səmimi müsahibələrini sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS