SİZİN REKLAM BURADA!
055 213 76 73



22 Mart tarixində Respublikanın ən tanınmış turizm regionlarından biri olan Qəbələdə Novruz abu-havasını daha da canlandırmaq məqsədilə əməkdar aktyorlar Coşqun Rəhimov və Rafael İsgəndərovun “Bu Şəhərdə” konsert proqramı keçiriləcəkdir. Konsert regionun ən böyük konqres mərkəzlərindən biri olan Qəbələ Konqres Mərkəzində olacaqdır.

Konsertin əsas mövzusu gündəlik həyatımızda baş verən hadisələrin aktyorların gözü ilə yumor vasitəsilə çatdırılması olacaqdır. Bundan əlavə, konsert proqramına xalqımızın milli bayramı olan Novruz bayramı ilə əlaqədar yumor proqramları əlavə edilmişdir. Konsert boyu aktyorları öz musiqi çıxışı ilə tanınmış müğənni Rəşad İlyasov müşayiət edəcəkdir. “Bu Şəhərdə” komandasının baş prodüseri Müşviq Abbasov regionlarda keçirilən bu cür konsert proqramlarının regionların mədəni inkişafına xoş təsir göstərdiyini və insanların yumor zövqünü oxşadığını bildirmişdir. Konsertin həyata keçirilməsində əsas məqsəd Novruz bayramı müddətində Qəbələdə istirahət edəcək yerli qonaqlara xoş anlar təqdim etməkdir. Konsert 22 Mart tarixində Qəbələdə istirahət edəcək qonaqlarla yanaşı, yerli əhalinin də istirahəti üçün nəzərdə tutulmuşdur.

Konsertin təşkilatçısı Qafqaz Otellər Şəbəkəsi və Gilan Hospitality Group-dur. Gilan Hospitality Group-un Baş Direktoru Elgün Məmmədov konsert haqqında fikirlərini bildirmişdir:”Qəbələ şəhəri hər il Novruz bayramında olduğu kimi, bu il də həm yerli həm də xarici qonaqlara regionun füsunkar təbiətini, qonaqpərvərliyini və adət-ənənələrini çatdırmaqdadır. Bu il qonaqlarımıza gülüş dolu bir Novruz proqramı təmin edəcəyik və inanırıq ki, bu ənənə hələ çox illər Qəbələdə istirahət edən qonaqlarımızın yaddaşında qalacaqdır”.

-Gilan Hospitality Group Haqqında-

Gilan Hospitality Group Azərbaycanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı,Qəbələ və Lənkəranda yerləşir.

Gilan Hospitality Group tərəfindən idarə olunan otellər 3 qrupa bölünür: şəhər otelləri, rezort otellər və butik otellər. Şirkətin idarəçiliyində olan otellər “Qafqaz Hotels&Resorts” brend adı altında fəaliyyət göstərir.

Daha ətraflı məlumat almaq üçün, əlaqə vasitəsi:
Tel: (012) 4043188
E-mail: [email protected]