SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin pop ifaçısı Soner Sarıkabadayı azərbaycanlı prodüserlə işbirliyinə başlayıb. Söhbət əməkdar artist Röya Ayxanın eks produsseri, indi isə Xəzər TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramovdan gedir.

BAKU.WS xəbər verir ki, Soner, bundan sonra ölkəmizdə baş tutacaq konsert və digər tədbirlərini “K events Group”a həvalə edəcək. Bu haqda Sarıkabadayı özü məlumat verib.

Nəzərinizə çatdıraq ki, “K events Group” başda Kənan Bayramov və Elnur Həsənov olmaqla bir neçə prodüser və yaradıcı qrupla birgə fəaliyyət göstərir.

Rəşad Əliyev
BAKU.WS