SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV kanalında yayımlanan "Zaurla günaydın" verlişinin qonağı əməkdar artist Abbas Bağırov olub.

BAKU.WS xəbər verir ki, uzun müddətdir idmanla xeyli dərəcədə arıqlayıb, fit vücüda qovuşan Abbas, bu dəfə verilişdə milyonlarla tamaşaçıların önündə yerə uzanaraq jim hərəkətləri edib.

O hətta verilişin aparıcısı Zaura jim hərəkətinin düzgün yerinə yetirməsini göstərib. Bundan sonra Zaur, yerə uzanaraq başlayıb eyni hərəkəti təkrarlamağa. Diqqət çəkən məqamlardan biri isə, Abbasla Zaurun sözügedən hərəkəti 1 barmaqla etməsi olub.

Verilişdə yer alan həmin görüntüləri sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS