SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerika Kino Akademiyasının təsis etdiyi 90-cı "Oskar" mükafatının qalibləri məlum olub. 

BAKU.WS-in məlumatına görə, Los-Ancelesdəki "Dolby Teatrı"nda təşkil edilən mərasimdə Jimmy Kimmelin təqdimatı ilə qaliblərin adları açıqlanıb.

"Oskar" sahibləri qırmızı xalça üzərindən keçdikdən sonra zala daxil olub. "Ən Yaxşı Film" nominasiyasında “The Shape of Water”, "Ən Yaxşı Aktrisa" Frances McDormand, "Ən Yaxşı Aktyor" Gary Oldman seçilib.

"Ən Yaxşı Rejissor" nominasiyasında Qilermo del Toro, "Ən Yaxşı Animasiya" filmi nominasiyasında "Coco", "Ən Yaxşı Sənədli Film" "İcraus” qalib olub.

Nazim
BAKU.WS

"Ən Yaxşı Aktrisa" Frances McDormand

"Ən Yaxşı Aktyor" Gary Oldman