VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən şənbə ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında xalq artisti Brilliant Dadaşovanın “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutub.

BAKU.WS xəbər verir ki,  müğənnni 5 illik fasilədən sonra 20 nəfərlik ansambl heyəti ilə yeni və repertuarındakı hit mahnıları ilə tamaşaçılara əsl musiqi ziyafəti yaşadıb. 

Konsert  zamanı Brilliant tamaşaçılarla daha yaxından ünsiyyət qurmaq üçün o, zala enib və onlarla bərabər “Bəri bax” mahnısını ifa edib. 

Gecədə bəstəkarlar Vagif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova Dadaşovanın ifalarında mahnılarını royalda özləri müşayiət ediblər.

Nəzərinizə çatdıraq ki, konsert AZTV tərəfindən lentə alınıb.

Xalq artisti Brilliant Dadaşovanın
 Heydər Əliyev Sarayında lentə alınan ən yadda qalan anları sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS