SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il Azərbaycanı “Avroviziya 2018” musiqili yarışmasında təmsil edəcək müğənni Aysel Məmmədovanın Azərbaycan dilində olan mahnısı ən az səs toplayıb. 

BAKU.WS xəbər verir ki, sorğu Avropanın 31 ölkəsində olan 300 nəfər arasında keçirilib. Səsvermədə Aysel üçün təqdim olunan 3 mahnıdan (milli, pop və caz)  Azərbaycan dilində etnik çalarların olduğu bəstə ən az səs toplayıb. İfaçının çalışdığı “DreamTeam” şirkəti “INFE Azerbaijan”a Aysel ifa edəcəyi mahnı ilə bağlı açıqlama verib:

“Bizə görə mahnının janrı önəmli deyil, önəmli olan pis və ya yaxşı mahnı olmasıdır və Aiselin mahnısı çox yaxşıdır. O bizdən yaxşı mahnılar istədi. Gənc ifaçı bizə demədi ki, mən pop, caz və etnik mahnı oxuya bilmərəm. Biz bu üç janırda tapıla biləcək ən yaxşı mahnıları Aiselə təqdim etdik”. 

Nəzərinizə çatdıraq, "Eurovision" üçün hazırlanan mahnı və klip martın 4-də təqdim olunacaq :

Rəşad Əliyev
BAKU.WS