SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın əməkdar artisti Firuzə İbadova ARB TV-nin "Səhər-səhər" verilişində maraqlı açıqlamalar verib. 

BAKU.WS-in məlumatına görə, müğənni efirdə mərhum xalq artisti İlhamə Quliyevanın ona borcu olduğunu söyləyib. 

O bildirib ki, halal haqlı pulunu indi ala bilmir: "Mən hamını ağ günə çatdırmışam. Mən indi öz pulumu niyə ala bilmirəm? Gələn gedən hər kəs aldadır məni". 

Aparıcı Elgiz Əkbər isə bildirib ki, pulu İlhamə xanımın razılığı ilə oğlu Orxana veriblər: "Bu borc söhbətində İlhamə Quliyevanın son sözü olub ki, bu pul Firuzəyə çatacaq. Firuzənin köpük-köpük yığdığı pul niyə verilməməlidir?"

Əli Mirəliyev isə İlhamə Quliyevının bankda 380 min pulu olduğunu söyləyib. 

Nazim
BAKU.WS