SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin tanınmış müğənnisi Kibariyənin Azərbaycana hansı qonorar müqaibilində gəldiyi bəlli olub.

BAKU.WS-in məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni Zenfira İbrahimova bildirib ki, ona türkiyəli ulduzu Bakıya gətirmək elə də ucuz başa gəlməyib:

“Əslində xərcin hamısını özüm çəkdim. Məqsədim onu Azərbaycana gətirib, pul qazanmaq deyildi. Sadəcə onu öz ad günümə hədiyyə gətirdim. Bəzi dostlarım da mənə dəstək olub, sponsorluq etdilər. Təxmini 50-60 minə yaxın pul çıxdı. Onun da 25 mini Kibariyə xanıma verildi. Digər işlər isə səhnə, dekor işlərinə xərcləndi. Onunla birgə 18 nəfər işçisinin də oteldə qalmaq pulunu da özüm şəxsən etmişəm”.

Qeyd edək ki, Kibariyə ötən il mayın 1-də paytaxt restoranlarının birində konsert vermişdi. İfaçı hətta konsert öncəsi açıqlamasında bildirmişdi ki, Azərbaycanda özünə villa alıb. Amma türkiyəli həmkarlarımız müğənninin bu açıqlamasını reklam üçün etdiyini yazmışdı.

BAKU.WS