SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan may ayında Lissabonda keçiriləcək "Eurovision - 2018" səhnəsində səsləndirəcək mahnısını mart ayında təqdim edəcək.

BAKU.WS xəbər verir ki, bu il Azərbaycanı sözügedən musiqi yarışmasında təmsil edən Aysel Məmmədovan ifa edəcəyi musiqi artıq  seçilib.  
87 faiz səslə 3 mahnıdan biri qalib elan edilib. Lakin sözügedən bəstələrdən (ana dilində yazılmış etnik çalarlı musiqi, pop və caz) hansının lider olduğu barədə məlumat verilməyib. 

Nəzərinizə çatdıraq ki, Aisel hazırda Portuqaliyadadır.  İfaçı, postkard çəkilişləri üçün Mozaraz şəhərinə yola düşüb.

BAKU.WS