SİZİN REKLAM BURADA!
055 213 76 73



Populyar müğənni Elnarə Xəlilova “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnıya çəkilmiş klipini təqdim edib.
 
BAKU.WS xəbər verir ki, mahnı ingilis və Azərbaycan dillərindədir. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir. 

Sənətçi mahnının İngilis dilində oxumasınada aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım”.

Nəzərinizə çatdlraq ki, sözügedən layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Ekran işinin üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.

Elnarənin “Xocalıya ədalət” adlı mahnıya çəkilmiş klipini sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS