SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Yeganə Akbudak türkiyəli həyat yoldaşı Fatehlə boşanma xəbərlərinə son qoyub.

Axşam.az-ın məlumatına görə, cütlük birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olublar.

Yeganə bildirib ki, artıq boşanma xəbərlərindən yorulub:

"Bezmişəm, az qalıram nikah kağızımı hamıya göstərim. O qədər yazıb-pozurlar. Qanuni ərimdir. İstəyirəm evli olduğumuzu göstərən kağızı pasport əvəzi üstümdə gəzdirim".

Müğənni qayınatasından bəhs edib:

"Qayınatamın qızı yoxdur, məni övladı kimi çox istəyir. Tikinti işi ilə məşğuldur, ev tikib satır. Hər dəfə bina tikəndə mənə bir ev hədiyyə edir. Deyir ki, Ömərindir (oğlu - red.). İstanbulda iki ev bağışlayıb mənə".

Həyat yoldaşı fateh bəy isə evlilikləri haqda "Hər şey yaxşıdır. 8 ildir evliyik. Sənət adamı ilə ailə qurmaq çox çətindir" sözlərini deyib.

BAKU.WS