VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Flora Kərimova ilə Lalə Məmədovanın konsertində iştirak edib. Tədbirə eynəksiz qatılan müğənni jurnalistlərin fotokamerasına poz verib.

BAKU.WS-in məlumatına görə, sənətkar Yenicag.az-a açıqlama verərək bu günlərdə yayılan fotolarından da danışıb:

“Anar məni elə bəzədi, elə bəzədi ki, heç kim tanımadı. Yazdılar ki, cavanlaşmışam, gözəlləşmişəm. Vallah, məni sevən o gözəl gözlər məni elə görür, haram gözəldir ki? Yaxından baxın, gözəl-zad deyiləm.”

Bu yaşında da cazibəsini qoruyub saxlayan sənətkar gözdən, bədnəzərdən qorxurmu?

76 yaşlı xalq artisti sualımızı belə cavablandırdı:
“Heç vaxt bədnəzərə inanmadım. Kim ki buna inanır, demək, psixoloji cəhətdən zəif insandır”.

BAKU.WS