SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi Muazzez Ersoyun başına xoşagəlməz hadisə gəlib. Belə ki sahibsiz it sənətçinin üstünə hücüm çəkərək əlini dişləyib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi küçədən tapdığı və sahib çıxdığı itlə öz itinin dalaşdığını görüncə onları ayırmağa cəhd göstərib. Bu zaman sahibsiz it Ersoyun əlini dişləyib. Muazzez baş verənlər bədbəxt hadisəni yada salaraq bunları söyləyib:

“Menecerim küçədə bir it tapmışdı. Çox oxşadığı üçün elə bilib ki, mənim itim Şanslıdır. Ofisimizə gətirdik, yedirtdik. Yiyəsi çıxmasa, öz yanımızda saxlayacaqdıq. Ancaq mənim itimlə oynadıqları yerdə dalaşdılar. Ayırmaq istədim, əlimi dişlədi. Dörd tikiş vuruldu. Quduzluq əleyhinə iynə vurduracağam”. 

Rəşad Əliyev
BAKU.WS