Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil ilə çəkilmiş foto və videoları sosial şəbəkələrdə izləyicilər tərəfindən müzakirələrə səbəb olub. 

BAKU.WS-ın məlumatına görə, izləyicilər Rəqsanənin ailəli biri ilə münasibətdə olduğunu yazıb. Bu tənqidlərdən əsəblərinə hakim olmayan Rəqsanə nikah şəhadətnaməsini instagram hesabında paylaşıb.

Sənətçi əri Fazil ilə rəsmi nikahda olduğunu yazıb:

“Bu gün mənim ərimlə nikah bağladımız gündür. Biz çoxdan bərabərik, sadəcə olaraq nikahı bir az gec bağlamışıq. Nikah şəhadətnaməsini paylaşmaqda məqsədim odur ki, ötən gün yoldaşımla bir balaca görüntü paylaşdım. Saytlar yazıb ki, Rəqsanə ad gününə (Nadir Qafarzadənin doğum günü – red.) əri ilə birgə gəlib. Yazmaqlarına bir iradım yoxdur. Lakin sosial şəbəkələrdə yazılan şəxrhləri oxudum, dəhşətə gəldim. Biz həqiqətən də qılınc müsəlmanıyıq. Bu qədər aqressiya, insafsızlıq olarmı? O yazanları tapıb bir-bir otuzdurasan, soruşasan ki, nəslini-kökünü tanıyırmı?

Yazırlar ki, kiminsə ailəsini dağıtmışam. Allah uzaq etsin, heç bir qadına qarşı bu hərəkəti etmərəm, qəbul belə edə bilmərəm. Nə də ki, kiminsə ailəsi ola-ola ikinci qadın olmaram. Mənim olan mənə aid olmalıdır. Həyat yoldaşım neçə il bundan qabaq rusiyalı xanımla ailəli olub, ayrılıb. Heç kimin evini dağıtmamışam, ərim heç kimin kişisi deyil, halal nikahlımdır. Bu sənədi paylaşıram ki, sakitləşin”.

Rəqsanınin paylaşdığı fotoları sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ