SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Nüşabə Ələsgərli son günlər həyat yoldaşı ilə tez-tez gündəmə gəlir.


BAKU.WS-ın məlumatına görə, ötən gün müğənni yenidən əri ilə şəklini rəsmi İnstaqram səhfəsində yerləşdirib. 

Nüşabə eyni zamanda həyat yoldaşının 14 Fevral Sevgililər günü münasibətilə onun üçün aldığı hədiyyənin də görüntülərini yayıb.

Sənətçinin paylaşımına yüzlərlə şərh gəlib. Lakin izləyicilər Nüşabəni sosial şəbəkədə topa tutublar

Onlar Ələsgərlini tənqid ediblər və ərinin ondan gənc göründüyünü yazıblar.

Bir çoxlarının “Elə bildim oğlunuzdur” sözünə Ələsgərli özündən çıxardıb. Müğənni bütün yazılanlara dözməyib, onların cavabını verib. 

Əməkdar artist daha sonra paylaşımını silib.

Paylaşılan şəkli sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS