SİZİN REKLAM BURADA!
055 213 76 73





Rəqqasə Fatimə Fətəliyeva əri Xəyal haqda ilk dəfə məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişinə qonaq olan Fatimə ərini mediadan gizli saxlamasının səbəbinə aydınlıq gətirib:

“Artıq 12 il olacaq ki, ailəliyəm. Çox gözəl övladım var. Allah olmayanlara qismət etsin. Mən yoldaşımı kameralardan gizlətmirəm. Sadəcə olaraq ailəmdə yoldaşım tərəfindən elə abu-hava var ki, bunu etmək istəmirəm. Həm də o elə bir yerdə işləyir ki, onu efir və şou-biznes vasitəsi ilə reklam etməyə gərək yoxdur”.

Verlişin aparıcısı produser Tarix Əliyev (Tolik) verilişin sonuna yaxın rəqqasənin həyat yoldaşının görüntülərini canlı yayımda nümayış etdirib.

Rəşad Əliyev
BAKU.WS