VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Sayqa ilə bu axşam” verilişinə qonaq olan müğənni Kəmalə Qaramollayeva maraqlı açıqlamalar verib.

O, övladı haqda söz açıb:

“5 ilə yaxındır ki, ailə qurmuşam. Allah arzusunda olanlara qismət eləsin. Evləndikdən sonra oturmaq fikrim yox idi. Böyük layihələrim var idi. Sadəcə hər şey tərsinə oldu. 4 il övladım olmadı. Amma yenə də oturmamışam, işləmişəm. Bu yaxınlarda gözəl layihəmiz olacaq. Allahdan arzu edirdim ki, mənə övlad qismət etsin və mən bütün balacaları sevindirəcəm. Uşaq jurnalımız işıq üzü görəcək”.

BAKU.WS