SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı tanınmış aparıcı Ülviyyə Əliyeva (Keyxanım) olub.

Ülviyyə həyata baxışın dəyişdiyini və həyatı əvvəlki kimi yaşamadığını bildirib:

“Hər kəs öz həyatını özü yaşayır. Uzaq başı mənim dərdimə şərik ola bilərlər. May ayından etibarən mənim həyata baxışım dəyişib. O zaman ölümlə üz-üzə gəlmişdim. O anda hər şey gözümün qabağından lent kimi gəldi keçdi. Az qalmışdı ki, avtomobil qəzası olsun. Hər günümü sonuncu gün kimi yaşayıram. Bunu bacarmaq lazımdır. Bu gün nəsə etmək istəyirəmsə, onu həmin gün edirəm. Saxlamıram ürəyimdə”.

Daha sonra barmağındakı üzükdən danışan aparıcı bildirib ki, hələ ki, ailəli deyiləm:

“Bu haqda danışmaq istəmirəm. Ailəli deyiləm. İnşallah ailə quraram. Qadının ailəsi olmalıdır mütləq. Qadının həyatdakı missiyası yuvasının qoruyucusu olsun, uşaq böyütsün. Kariyera öz yerində”.

BAKU.WS