"Vicdan Haqqı" serialında Larisa obrazı ilə hər kəsin diqqətini çəkən Çimnaz Sultanova imicini dəyişib.

BAKU.WS xəbər verir ki, aktrisa tezliklə təzə seriala çəkiləcəyini bildirib. Aktrisa yeni imiclə sevənlərini heyrətləndirib. 


Yeni yayılan fotolarla diqqət mərkəzində olan aktrisanın növbəti fotosu da izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Qeyd edək ki, Çimnaz Sultanova "Sənə inanıram” serialı ilə tamaşaçıların qarşısına çıxıb. Daha sonra "Yüz kağız” filmi, "Qisas” serialında rol alsa da, "Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşıb.

Nazim
BAKU.WS