VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Vüsalə Kərimova əlinə balta alıb həmkarı Ülviyyə Alovlunu baltalayıb, müğənni Günel Ələkpərovaya barmaq silkələdi!

BAKU.WS-in “Sarı Divan” rubrikasının qonağı bu dəfə teleaparıcı Vüsalə Kərimova oldu.

Vüsalə şəxsi həyatından tutmuş bir çox qaranlıq qalan məqamlara aydınlıq gətirdi.

Maşın realiti şousunda həmkarı Ülviyyə Alovlu ilə yaşadığı qalmaqaldan danışıb, ona sonuncu dəfə xəbərdarlıq etdi!

Tədbirlərin birində Ülviyyə mənə yaxınlaşıb salam verdi. Mən isə onun yanından keçib, salamını almadım. Hələ üstəlik bunu hər kəsin yanında mənim üzümə də vurdu ki, salam verirəm Vüsalə isə salamımı almır. Əcəb edirəm! Məşdibadda dediyi kimi: “Mənə eşşək dediyin bəs deyil, hələ bir mənə əldə uzadırsan? Mənim haqqımda hər yerdə danışırsan, hələ utanmadan salam da verirsən. Hansı haqla, hansı üzlə? Mən bilmək istəyirəm. Əgər mən sənə pislik etsəydim, sənin haqqında artıq-əskik bircə kəlmə danışdığını eşitsəydin söyləyərdim ki halal olsun, haqqın var. Amma bu gün deyirəm: Haramın olsun!

Kərimova qanlı düşmən olduğu müğənnilər Xatirə İslam və pişik ləqəbi ilə şou biznesdə tanınan Günel Ələkbərova haqqında danışıb, bir çox gizlinləri açıb, ortalığa tökdü!

Mən küsməyi bacarmıram. Küsmək aciz insanlara məxsusdur. Müğənni Xatirə İslamla hər gün rastlaşmıram. O mənim haqqımda danışdı, mən də onun cavabını verdim və bununla da məsələ qurtardı-bitdi. O vaxt məni bu məsələ yandırar ki, Xatirə mənim ünvanıma xoşaqəlməz bir ifadə işlədər, mən isə onun cavabını verə bilmərəm. Amma o sözünü sosial şəbəkədə və saytlarda dedi, mən də ona elə ordaca cavab verdim. Xatirəni dəfələrlə məndən nömrəsini istəyiblər ki, onu toya çağırsınlar. Mən isə çalışmışam hər zaman kömək edim. Bu onun haqqıdır, çorəyidir. Heç bir zaman ona qarşı əks getməmişəm.

Maşın şouda böyük skandal yaşadığı müğənni Günel Ələkpərovanı Vüsalə yada salıb, BAKU.WS-in “Sarı Divan” rubrikası vastisəti ilə nota yollamağıda unutmadı!

Hər kəs öz arşını ilə ölçür, baş verən hadisələri. Günel məni ancaq uzaqdan bir aparıcı olaraq tanıyır. Bir iki dəfə onun verlişində olmuşam. Uşağının ad günü məclisində iştirak etmişəm. Yəni ki o məni belə tanıyır. Məni içdən, dərindən, necə olduğumu bilmir. Tanımadığın bir insana təpki göstərəndə. Bilməlisən ki necə cavab ala bilərsən. Şəxsən mənə elə gəlir ki, Ələkbərova məni dərindən və yaxşı tanımadığı üçün aramızda çaxnaşma yaşandı. O ki qaldı bizi kimsə düşmən etmək istədiyinə, mən belə şeylərə inanmıram. Gərək ağlın olsun, bəs məni nə üçün heç kəs özümdən çıxara bilmir? O mənim vaz keçə bilmədiyim bir insan deyil. Rahatlıqla üstündən keçə bilərəm. Adını ala bilməyəcəyim deyə bilmərəm, çünki Günel adında dayım qızı var. Onu bağışlasın!

Məşhur teleaparıcı bir çox müğənnilərə səslənib, Yaşar Cəlilovun ayağının altını qazıyanlara barmaq silkələyib, sonuncu dəfə xəbərdarlıq yolladı.
Elə bilməyin ki, etdiyiniz o çirkin əməllərdən xəbərim yoxdur. Vaxt gələcək bizə etdiklərinizi sizin üzünüzə bir-bir vuracağam. Bəzi müğənnilər var ki, Yaşarı nəinki gözdən salmağa çalışırlar, hətta onun şəkili ilə falçılara gəzillər. Hər şeydən xəbərim var!

Teleparıcı Vüsalə Kərimova hələ heç yerdə danışmadıqlarını ilk dəfə məhz bizə danışdı! Onun bu açıqlamaları bir çoxlarının yuxusuna haram qatacaq! Bütün bunlar və daha çoxu hazırladığımız videosüjetdə!

Rəşad Əliyev
BAKU.WS