Məşhur müğənni Rəksanə İsmayılova sosial şəbəkədə paylaşdığı şəkili ilə hər kəsi heyrətləndirib. 

BAKU.WS-in məlumatına görə, müğənni nostalji hislərinə qapılıb və öz hesabından gənc yaşlarında çəkdirdiyi şəkilini paylaşıb. 

Müğənni şəklinin altına belə bir şərh yazıb: "Köhnə vaxtlar. Məni tanıdınız dostlar? Bəzən, bu şəkillərə baxıram və orada olmaq istəyirəm. Amma keçmişi qaytarmaq mümkün deyil".

Müğənninin bu şəkili sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, müğənni indi daha yaxşı görünür. Digərləri isə düşünür ki, o, əvvəllər daha sevimli olub. 

F.M
BAKU.WS