SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Natavan Həbibi 9 il küsülü olduğu xalq artisti Aygün Kazımova ilə barışmasından danışıb.

BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində qonaq olan ifaçı həmkarı ilə münasibətlərinə belə aydınlıq gətirib:

“Bu, çox uzun proses idi. Hər saatın öz hökmü və nəticəsi var idi. Bizi heç kim barışdırmadı. Sadəcə olaraq ətrafımızda lazımı insanlar olduğu üçün bir-birimizə düzgün xəbərlər çatır. Ona görə də bir-birimizi artıq eşidirik.

Məclisdə bir vəziyyət yarandı. Mənə söz veriləndə mövzunu elə apardım ki, danışmağa başladıq. Sadəcə xalq artisti Faiq Ağayev ikimizin arasında əyləşdiyi üçün qalxıb dedi ki, siz yan-yana oturmalısınız.

Biz Aygün Kazımova ilə 4 saat əl-ələ tutub söhbət etmişik. Bağlanmamış məsələlərimiz var idi. O məslələri həll etmədən heç bir yaxınlıq və səmimiyyət ola bilməzdi”.

BAKU.WS