VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Cavanşir Məmmədov avtomobillərindən danışıb. BAKU.WS-in məlumatına görə, bahalı avtomobilləri ilə gündəmdən düşməyən əməkdar artist milli.az-a ən bahall maşınının qiymətini açıqlayıb.

"Mən avtomobillərimi zəhmətimlə qazanmışam. Hamı bilir ki, kənarda heç bir biznesim yoxdur. Bəzən bəxtəvərlik oxuyurlar, amma mən 17 yaşından toylardayam, xalqın zəhməti ilə böyümüşəm. Əvvəl qarmon alətində ifa etdim, daha sonra isə sənətkarların dəstəyi ilə müğənni oldum. Ən bahalı avtomobilimi 1977-ci ildə almışam. Bu mənim ilk avtomobilim olub. Ondan sonra nə avtomobil almışamsa qiyməti mənim üçün önəmli olmayıb. İndi də ilk avtomobilimin fotolarına baxanda kövrəlirəm", - deyə əməkdar artist bildirib.

BAKU.WS