VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əslən Azərbaycanlı model Stefano Suaros ABŞ-da sahibi olduğu “S&D Fashion” adlı dəb agentliyinin hazırladığı şousunu təqdim edib.

Şouda modellər “Kiki Rikki”nin “Night Star” kolleksiyasını təqdim ediblər. Təqdimatın açılışını isə bir ildən çoxdu Amerikada yaşayan İlhamə Qasımova edib.

Amerikada fəaliyyətini davam etdirən həmyerlimiz Stefano Suaros ilk dəfə “S&D” adlı moda şounu Avropaya daşıyıb, Milanda və Parisdə təqdimatlarını edəcək. Yanvar ayının sonunda isə Stefano Suaros New Yorkda “S&D Fashion” moda dərgisini təqdim edəcək. Həmyerlimiz bildirib ki, həmin jurnalda İlhamə Qasımova da yer alıb. (Musavat.com)

BAKU.WS